SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “İstiqlal” komandası  Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "Teknofest" çərçivəsində baş tutan  “Cansat Model Peyk” yarışının qalibi olub.

 

BANM-ın komandası bu müsabiqə üzrə final mərhələsində hazırladığı peyk modelini  səmaya uğurla buraxaraq birinci yeri qazanıb.

 

Komanda BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 5 tələbədən ibarətdir. Komandanın mentoru BANM-ın məzunu və hazırda Ali Məktəbdə müəllim olaraq fəaliyyət göstərən Ramil Şükürovdur.

 

“Teknofest”in digər qalib BANM komandası isə “Atəşgah”dır. “Yaşıl Texnologiyalar” üzrə “Teknofest”ə qoşulan komandanın üzvləri Ali Məktəbin Kimya mühəndisliyi ixtisasında təhsil alan 3 tələbədir. Komandanın mentoru BANM-ın məzunu Murad Rəhimovdur.