Bakıdakı 262 nömrəli tam orta məktəbdə “Zəfər tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Kəmalə Babayeva açılış nitqi söyləyib və konfransın işinə uğurlar arzulayıb.

 

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları - professor Mübariz Əmirov, dosent Dəyanət Musayev və 262, 136, 171 nömrəli tam orta məktəblərin tarix müəllimləri mövzuya dair çıxış ediblər.

 

Tarix müəllimləri həmçinin, fənnin gündəlik və perspektiv planlaşdırılmasında Zəfər tariximizlə bağlı materialların tədris imkanları ilə də tanış olublar.

 

Sonda konfransın bədii hissəsi olub, şeirlər səsləndirilib, musiqi və rəqs nömrələri nümayiş etdirilib.