“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mükafatlandırılma mərasimi olub.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) "TwoDice Sabah" komandası “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yerə layiq görülüb. 

 

AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası isə “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikinci yerə layiq görülüb.