Ölkəmizə səfərə gələn Türkiyənin Əskişəhər Texniki Universitetinin rektoru, professor Tuncay Döğeroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

 

Rektor V.Vəliyev AzTU-da görülən işlər, həyata keçirilən yeniliklər və universitetin hədəfləri barədə qonaqlara məlumat verib.

 

Görüş zamanı iki ali məktəb arasında əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb, müxtəlif ixtisaslar üzrə ikili diplom proqramları, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat işləri və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasının mümkünlüyü qeyd olunub.