Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşı Ramin Əkbərovun  müəllifi olduğu “Drop by drop” startapı  Türkiyənin Boğaziçi Universitetinin Akselerasiya proqramına qəbul edilib.

 

Universitetdən bildirilib ki, R.Əkbərovun startapı Azərbaycandan  seçilən 5 startapdan biri olub. 
         

Məlumat üçün qeyd edək ki,  Boğaziçi Universitetində düzənlənən Akselerasiya proqramı Türkiyə Teknoloji Takımının (T3 Vakfı) dəstəyi ilə həyata keçirilir. Azərbaycandan olan startapçılar 14-19 avqust tarixlərində Türkiyəyə səfər edəcəklər. 
         

Startapçılar  bu proqramda iştirak imkanını 26-29 may tarixlərində Azərbaycanda keçirilən TEKNOFEST AZƏRBAYCAN  festivalı çərçivəsində keçirilmiş “Take Off Baku” Startap Sammitində əldə ediblər. Onların təqdim etdikləri layihələr DropbyDrop, HealWith, Tenter, Asuniser, Enthouse, Safavy startaplarıdır.