Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Natiq Cəfərov ACCA-in Performance Management imtahanından ən yüksək nəticə toplayaraq, Azərbaycan üzrə ölkə birincisi, dünya üzrə isə 11-ci olub.

 

Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) Maliyyə ixtisası üzrə təhsil alan Natiq Cəfərov hazırda PwC şirkətində audit vəzifəsində çalışır.

 

Xatırladaq ki, ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) – maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.

 

Bu barədə UNEC-dən bildirilib.