Təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb. 

 

Əmrə əsasən, ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 136 nəfər qızıl, 79 nəfər isə gümüş nişanla təltif olunub. 

 

Bakı Dövlət Universitetindən bildirilib ki, qızıl və gümüş medalla təltif olunanlar arasında ali məktəbin nəzdindəki “Gənc istedadlar” liseyinin 9 şagirdi də var. Liseyin şagirdləri Nəriman Şirinli, Rəfsan Həbibullayev, Tamella Süleymanova, Nuray Kərimli, Rəcəb İskəndərli, Ləman Cəfərli, Amin Zeynalov qızıl, Zəhra Məmmədli və Fərhad Hacıyev isə gümüş nişana layiq görülüblər. 

 

Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.