İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

 

Qeyd edək ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.