Dövlət İmtahan Mərkəzi (DİM) və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rəhbərliyi arasında görüş keçirilib.

 

Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİA-nın rektoru Urxan Ələkbərov, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, DİM-in Elektron informasiya sistemləri şöbəsinin müdiri Sahib Mərdanov və böyük məsləhətçisi Mehman Mustafayev iştirak ediblər.

 

Görüşdə ali təhsil müəssisələrinə tələbə qəbulunun göstəricələri və Dövlət Qulluqçuları Reyestrinin aparılması mövzusunda təqdimatlar nümayiş etdirilib.

 

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, qiymətləndirmə sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər də müzakirə edilib və DİM tərəfindən hazırlanan təkliflər rektora təqdim edilib.

 

Qeyd edək ki, təqdimatdan öncə DİA rəhbərliyi DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olub.