Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei”nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunan “Seeds for the Future 2022” onlayn treninq kursunun bağlanış mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, universitet nümayəndələri və tələbələr iştirak ediblər. ADNSU-dan bildirilib ki, tədbirdə çıxış edən professor Mustafa Babanlı Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətindən bəhs edib, bu əlaqələrin Çin ali təhsil müəssisələri ilə ADNSU arasındakı əməkdaşlığın inkişafına töhfə verdiyini, bunun tələbələr üçün böyük prioritet olduğunu vurğulayıb. Həmçinin,  “Huawei” şirkəti ilə  ADNSU arasında olan sıx əməkdaşlıq barədə danışan  rektor gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin daha da gücləndiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

 

Qeyd edək ki, onlayn treninq kursunda ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin 10 tələbəsi iştirak edib və onlar yüksək nəticələr qazanaraq mükafata layiq görülüblər.