Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Çinin Hebei İqtisadiyyat və Biznes Universiteti ilə əməkdaşlığı çərçivəsində 11 çinli tələbə üçün UNEC-də yay məktəbi təşkil olunub.
 
Bu barədə “Azərbaycan müəllimi”nə UNEC-dən məlumat verilib. Qeyd olunub ki, 2 həftəlik yay məktəbində çinli tələbələrə universitetdə tətbiq olunan ən müasir tədris texnologiyaları əsasında 14 müxtəlif proqram üzrə interaktiv təlimlər keçirilir.
 
Tələbələr UNEC-in “Bloomberg” maliyyə laboratoriyası, Karyera Mərkəzi, kitabxanaları, oxu zalları, digər laboratoriyaları və inzibati strukturları ilə tanış olublar.
   
İyulun 21-dək davam edəcək yay məktəbi çərçivəsində tələbələrin bir sıra korporativ sektorlara, eləcə də regionlara səfərləri də nəzərdə tutulub.