2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.

 

Universitetdən bildirilib ki, TEFL (Teaching English as a Foreign Language) sertifikatlı mütəxəssis bir il ərzində MDU-da Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcək.