Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu – 20 və 21 avqust tarixlərində də fəaliyyət göstərəcəklər. 

 

“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya və Bakı Biznes universitetlərində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

 

Bundan əlavə, Memarlıq və İnşaat Universitetində yerləşən məsləhət mərkəzi 20 avqust saat 10:00-dan 17:00-dək, Odlar Yurdu Universitetində yerləşən məsləhət mərkəzi isə 20 avqust saat 10:00-dan 14:00-dək fəaliyyətlərini davam etdirəcəklər.

 

Bölgələrdə olan abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, 50-yə yaxın Rayon Təhsil Sektorunda və müxtəlif məktəblərdə də cədvəldə verilmiş yer və tarixlərə uyğun DİM-in əməkdaşları və RTS-nın əlaqələndiriciləri abituriyentlərə kömək göstərirlər.

 

Bu barədə DİM-dən məlumat verilib.