Gəncə Dövlət Universitetinin 3 korpusdan ibarət olan tələbə yataqxanasının əsaslı təmiri başa çatıb. 

 

Universitetdən bildirilib ki, 2 korpusu qızlar, 1 korpusu isə oğlanlar üçün nəzərdə tutulan yataqxanalarda tələbələrin rahatlığı üçün demək olar ki, hər cür şərait yaradılıb. Yeni dərs ilindən etibarən tələbələrin bu yataqxanalarda qalması üçün hazırda hazırlıq işlərinə başlanılıb. Yataqxanalarda qalmaq istəyən tələbələr sentyabrın 5-dək qeydiyyatdan keçməli, bunun üçün isə təhsil aldıqları fakültələrin dekanlıqlarına müraciət etməlidirlər.