Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il üzrə təlim planına əsasən, nazirliyin Elm, təhsil və insan resursları şöbəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə 24 avqust tarixindən etibarən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayonlar üzrə idarələrinin 96 əməkdaşı ixtisasartırma təlimləri ilə əlaqədar olaraq üç gün müddətində ADAU-da olacaqlar.


Universitetdən bildirilib ki, təlimlər ADAU-nun professor-müəllim heyəti tərəfindən aqronomluq, bitki mühafizəsi, aqrokimya və baytarlıq olmaqla üç istiqamətdə aparılır.