Xarici ölkələrdə doğulub boya-başa çatan, ümumiyyətlə yaşayış məskəni xarici ölkələr olan soydaşlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, həmin ölkələrdə mədəniyyətimizin, musiqi incilərimizin təbliğinə xidmət edə biləcək  dəyərli bir kitab işıq üzü görüb. Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyəsi ilə nəşr olunan “Azərbaycan musiqisinin inciləri” adlı kitabda 50 xalq və 32 bəstəkar mahnısının sözləri və notları  yer alıb.

 

Burada Azərbaycanın görkəmli bəstəkarları və xalq mahnıları haqqında ətraflı məlumatlar  da toplanıb.  Kitabda Ön sözün müəllifi  Azərbaycan Respublikasının Xalq  artisti Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.

 

Qeyd edək ki, kitab xarici ölkələrdə musiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanaları üçün də əyani vəsait olacaq.

 

Sifai SƏFƏROVA