Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidovun qızı Əzizə Həmidova ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğur qazanaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olunub.

 

Müqəddəs müəllimlik peşəsini və müəllimlik ocağı olan Pedaqoji Universiteti seçən Əzizəni və ailəsini ürəkdən təbrik edir, təhsil həyatında uğurlar arzulayırıq!