Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün fəlsəfə fənnindən qəbul imtahanları keçirilib.

 

İmtahanlarda BDU-nun doktoranturasına  sənəd təqdim etmiş 157, eləcə də Xəzər Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti və Odlar Yurdu Universitetinin  doktoranturalarına  sənəd vermiş 47 nəfər, ümumilikdə 204 iddiaçı iştirak edib.

 

İmtahanlar BDU, Xəzər Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti və Odlar Yurdu Universitetinin professor-müəllimlərindən ibarət İmtahan Komissiyası tərəfindən şifahi formada keçirilib.

 

İmtahandan müvəffəqiyyətlə keçən 174 iddiaçı növbəti ixtisas imtahanında iştirak edəcək.

 

Bu barədə BDU-dan bildirilib.