Yüksək Texnologiyalar Parkı ilə Kapadokiya Texnoparkı arasında imzalanmış sənəd çərçivəsində həyata keçirilən əməkdaşlığın ilkin mərhələsi olaraq unikal ixrac yönümlü inkubasiya proqramının ilk hazırlıq məsləhətləşməsi keçirilib.

 

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası kontekstində sözügedən inkubasiya proqramının aktuallığı xüsusi önəm kəsb edir.

 

Proqramın məqsədi Azərbaycanın regionlarında yerli məzmun və ehtiyaclara cavab verən innovativ mühiti formalaşdırmaq, region universitetlərinin iştirakı ilə - elmi tədqiqatçı, startapçı, investor və sənayeçilər arasında  innovasiya mühitini dəstəkləyən əməkdaşlığı qurmaq və yeni startaplar ərsəyə gətimək, universitet-sənaye əməkdaşlığını formalaşdırmaq, onun özü-özünü tənzimləyən formada inkişafına nail olmaq, ərsəyə gətirilmiş yeni startapların Türkiyə və digər bazarlara çıxarılmasına dəstək verməkdir.

 

Proqram çərçivəsində təlim və mentorluq, bootcamp, müzakirə, panel, konfrans, müsabiqə, inkubasiya xidmətləri və digər metodologiyalardan istifadə edilməsi nəzərdə tutulur.

 

Bu barədə Yüksək Texnologiyalar Parkından bildirilib.