Sentyabrın 8-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" mövzusunda təlim-seminar öz işinə başlayıb. 

 

Təlimdə Regional təhsil idarələrinin, eləcə də tabe qurumların PR əməkdaşları da iştirak edir. 

 

Təlimin məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlim təqdimatlarla öz işini davam etdirir. 

 

Qeyd edək ki, ikigünlük təlim-seminar sentyabrın 9-da yekunlaşacaq.