Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının müəllimi Türkanbəyim Əhmədova “Erasmus+” mübadilə proqramı çərçivəsində Çexiyada iki həftə davam edən  “Leaders of Tomorrow" (Sabahın liderləri) layihəsinin təlimlərində iştirak edib.

 

Çexiyanın Pec Pod Snezkou və Madrid El Rasilio de Cameros şəhərlərində təşkil olunan təlimlərin təşkilində məqsəd gənclərin liderlik və idarəetmə bacarıqlarının artırılmasıdır. Əsas gözlənti layihə iştirakçılarının qazandıqları bilik və təcrübələri öz karyeralarında praktiki olaraq tətbiq etmələrindən ibarətdir.

 

Təlimlərdə liderlik, komanda quruculuğu, ünsiyyət və kommunikasiya, sahibkarlıq düşüncəsi, piar strategiyası və digər mövzulardan bəhs olunub.

 

T.Əhmədova təlimlərdə fəallıq göstərib və MDU-nu layihədə uğurla təmsil edib.