Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ARB 24 TV-nin “Gündəm” verilişinin qonağı olub.

 

Yeni tədris ilinin astanasında yayımlanan verilişdə İdarə müdiri təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində məqsədyönlü işlər görüldüyü qeyd edib, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün qarşıya yeni vəzifələr qoyulduğunu vurğulayıb.

 

Verilişdə, həmçinin ümumi təhsil sahəsində tətbiq olunan yeniliklər və əldə olunan uğurlardan danışılıb.