Azərbaycan-Fransız Universitetində (UFAZ) həm magistratura, həm də bakalavr pilləsi üzrə yeni tədris ilinə start verilib.

 

Universitetdən bildirilib ki, 2022/2023-cü tədris ilinin payız semestrində yerli müəllimlərlə yanaşı, UFAZ-ın daimi xarici fakültəsi, həmçinin Strasburq Universiteti və Renn 1 Universitetindən dəvət olunmuş professorlar əyani təhsil alacaqlar. UFAZ-da daimi əsaslarla 6 fransız dili müəllimi çalışır. İl ərzində 120-dən çox dəvət olunmuş professor-müəllim heyəti tədris prosesinə qoşulacaq.

 

Qeyd edək ki, UFAZ bu il 6 illik yubileyini qeyd edir və hazırda universitetdə, ümumilikdə 685 tələbə (bakalavr səviyyəsində 578, magistratura səviyyəsində 107) təhsil alır.

 

UFAZ məzunları ADNSU-nun, Strasburq Universitetinin və Fransanın Renn 1 Universitetinin diplomlarını alırlar.