2022/2023-cü tədris ilində Bakı Dövlət Universitetinə (BDU) ödənişli əsaslarla 1516 nəfər, dövlət sifarişi əsasında 3899 nəfər olmaqla 5660 nəfər qəbul olunub. Universitetdən bildirilib ki, BDU-ya qəbul planı  96% dolub. Qəbul olanların 1733 nəfəri kişi, 3682 nəfəri isə qadındır. 284 tələbə 600-700, 1121 tələbə isə 500-600 arası bal toplayıb. Müsabiqədən kənar qəbul olan tələbələrin sayı 46 nəfərdir.

 

2022/2023-cü tədris ilində BDU-nun magistraturasına 975 nəfər qəbul olunub. Onlardan 311 nəfəri kişi, 664 nəfəri isə qadındır.