Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gürcüstanın Batumi şəhərində keçirilən Avropa İnnovasiya Akademiyasının (European İnnovation Academy) təşkil etdiyi “Sahibkarlıq liderliyi bootcamp”ında iştirak ediblər.

 

Onlar Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbələri Emil Hüseynli, Malik Sultanov və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəmilə Əbilovadır.

 

Tədbirin keçirilməsində məqsəd biznes sahəsində istedadı olan tələbələr, eləcə də ali məktəbi bir il öncə bitirən məzunların biznes və startap bacarıqlarını inkişaf etdirməkdir.

 

Proqrama 11 ölkədən 100-dən çox gənc qatılıb. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər tərəfindən təlimlər də keçirilib.

 

BANM tələbələri “Sahibkarlıq liderliyi bootcamp”ında aktiv iştiraklarına görə mükafatlandırılıblar.