Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 24 435 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 031 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 5 118 vətəndaş müraciət edib.

 

Sentyabr ayında BŞTİ-yə 4 576 sənəd (vətəndaşlar tərəfindən 2 052 ərizə, Elm və Təhsil Nazirliyindən 562, digər qurumlardan 202, məktəblərdən 1 270 məktub və 490 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 710 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul,  müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.