Bakı Ali Neft Məktəbi (BANM) 2022/2023-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu.

 

 Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 31 nəfəri BANM-də təhsil alır. BANM-in Prezident təqaüdçülərindən 17 nəfəri İnformasiya təhlükəsizliyi, 12 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri isə Kompüter mühəndisliyi ixtisaslarının tələbəsidir.

 

Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir. BANM bu il də siyahıya liderlik edir.