Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan  nümayəndəliyinin rəhbəri Ömer Emre Demirkale və nümayəndə heyəti, həmçinin universitetin professor- müəllim heyəti və tələbələr iştirak ediblər.

 

ADNSU-da görülən işlər, əməkdaşlıq əlaqələri, akkreditasiya olunan ixtisaslar və yeni layihələr haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin universitet üçün əhəmiyyətindən danışıb.

 

ADNSU-da olmaqdan məmnunluğunu bildirən “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan  nümayəndəliyinin rəhbəri Ö.E.Demirkale rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib və universitetlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə işlər görüləcəyini qeyd edib.

 

Sonda tərəflər arasında Əməkdaşlıq memorandumu imzalanıb.

 

Qeyd edək ki, şirkətin əsas fəaliyyət sahəsi tikinti və dağ-mədən texnikalarının, dizel və qaz generatorlarının və avadanlıqlarının topdan və pərakəndə satışından və təmirinin təşkilindən ibarətdir. Eyni zamanda, həmin texnika, generator və avadanlıqların ehtiyat hissələrinin satışını da həyata keçirir.