Almaniyanın Justis Leibig Universitetinin Heyvanların ekologiyası və sistematikası  fakültəsinin dekanı, professor Tomas Vilki və Naturalis Biomüxtəliflik Mərkəzinin professoru Frank Vesselingin Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində qonaq olublar. Onlar fakültənin dekanı, professor Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyevlə gələcək planlar və layihələr barədə müzakirələr aparıblar.

 

BDU-dan bildirilib ki, almaniyalı qonaqların Bakıya səfərinin məqsədi Azərbaycanın unikal biomüxtəlifliyini, iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə təsirini öyrənmək üçün bir sıra universitetlərlə, müvafiq istiqamətli elmi-tədqiqat institutları ilə əməkdaşlıq etmək, birgə layihələr həyata keçirməkdir. Görüşdə BDU ilə Justis Leibig Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi üçün onlayn görüşlərin təşkili qərara alınıb.