Azərbaycan Yazıçılar Birliyində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hazırladığı “And yerimiz-Şəhidlər” adlı kitabın təqdimatı olub.

 

Birliyin sədri, Qarabağ müharibəsi veteranı Tahir Xudiyev tədbirdə çıxış edərək müharibədə iştirakından, şahidi olduğu hadisələrdən  danışıb. Azərbaycan Ordusunun I və  II Qarabağ müharibəsində göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan bəhs edib, dövlət başçısının hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərdiyini deyib.  

 

Tədbirdə şəhid ailələrinin, ayrı-ayrı təşkilatların, KİV-lərin və ictimaiyyətin nümayəndələri də çıxış ediblər.

 

Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igid oğulların adları qeyd edilib. Kitabın hazırlanmasında əsas məqsəd şəhidlərin ictimaiyyətə tanıdılması, xatirələrinin əbədiləşdirilməsidir.  

                                                            

Tünzalə QULİYEVA