Azərbaycan Texniki Universitetində (AzTU) “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib. Məlumatlandırma sessiyası Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəsi Klaudio Kasperl tərəfindən aparılıb.

 

Sessiyanın açılışında çıxış edən AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov DAAD və AzTU-nun uzun illik səmərəli əməkdaşlığından, bu proqramların mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıb.

 

Daha sonra DAAD nümayəndəsi Klaudio Kasperl Almaniyada təhsil, təqaüd proqramları haqqında geniş təqdimatla çıxış edib.

 

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.

 

Qeyd edək ki, Almaniyadan dəvət olunan Klaudio Kasperl iki il ərzində AzTU-da Xarici dillər kafedrasında fəaliyyət göstərəcək və alman dilini tədris edəcək.