2736 təhsilalanın iştirak etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin rayon (şəhər)  mərhələsi yekunlaşıb. Həmin mərhələdə uğur qazanmış təhsilalanlar ölkə mərhələsində iştiraka dəvət ediləcəklər. Təhsilalanlar müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaqlar. Müsabiqənin ölkə mərhələsi yaxın günlərdə Bakı şəhərində keçiriləcək.

 

Qeyd edək ki, inşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə həyata keçirilir.