Bakı Dövlət Universitetinə (BDU) 2022/2023-cü tədris ilində 108 əcnəbi tələbə qəbul edilib.

 

BDU-dan bildirilib ki, bunlardan 44-ü hazırlıq sektoruna, 2-si doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə daxil olub.

 

14 ölkəni (Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt) təmsil edən əcnəbi tələbələr əsasən kompüter elmləri, psixologiya, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, jurnalistika ixtisaslarına üstünlük veriblər.

 

Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.

 

Hazırda BDU-da 34 ölkədən 400-dən artıq əcnəbi vətəndaş təhsil alır.