Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

Rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə iclasların gündəlik məsələsi tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramların, fizika fənni üzrə gündəlik məsələ isə hərbi liseylərə qəbul imtahanı proqramının müzakirəsi olub.

 

Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyənləşib.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

26 oktyabr 2022-ci il tarixində müzakirələr davam etdiriləcək.

 

Bu barədə DİM-dən bildirilib.