“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində Psixologiya ixtisası üzrə təhsil alan tələbələrə elmi tədqiqatların aparılması və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirilib.

     

Universitetin hümanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  tələbələrə uğurlar arzulayaraq bildirib ki, təlimin məqsədi mütəxəssislər tərəfindən tələbələri gələcəkdə elmi tədqiqat işlərinin aparılması qaydaları ilə yaxından tanış etmək, elmi işləri yazmağı öyrətməkdən ibarətdir. 

 

Layihənin rəhbəri, psixoloq Kamil Həmidov və təlimçi  Ceyhunə Dəmirova təlim zamanı universitetin elmi tədqiqatlarının keçirilməsinin üsulları, standartları, yazılma qaydaları barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.