Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti Qazi Universitetinin  rektoru, professor Musa Yıldızla görüşüb.

 

Rektor, professor Musa Yıldız Qazi Universitetinin Türk dünyası ilə əməkdaşlığı inkişaf etdirmək missiyasını öz üzərinə götürən bir ali məktəb olduğunu söyləyib. ADNSU ilə əlaqələri daha da inkişaf etdirmək istədiklərini ifadə edən professor Musa Yıldız əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını bildirib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Hər iki universitetin köklü ali təhsil ocağı olduğunu qeyd edən rektor Qazi Universiteti ilə əməkdaşlığın bundan sonra daha geniş formatda davam etdiriləcəyini deyib.

 

Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Gazi Universiteti  arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində memorandum imzalanıb. Eyni zamanda hər iki universitet arasında beynəlxalq layihələrin islənməsi və mübadilə proqramlarının həyat keçirilməsi üçün Erasmus müqaviləsi də imzalanıb. Sənədlərə hər iki universitetin rektoru imza atıb.