İmtahanlara hazırlaşanlara elmi-metodiki kömək Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin mühüm istiqamət­lərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərin davamıdır.

 

DİM-dən bildirilib ki, vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə yekunlaşdırıcı tapşırıqlar verilib.

 

Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.