Rusiya Xalq Təsərrüfatı Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik və Cənubi Rusiya İdarəetmə İnstitutunun Hüquq Tədqiqatları Mərkəzinin filialı tərəfindən beynəlxalq tədqiqat layihəsi çərçivəsində Rusiya Federasiyasının Əməkdar hüquqşünası, professor D.Y.Şapsuqovun rəhbərliyi ilə “Qafqaz xalqlarının dövlət və hüquq tarixi” (“История государства и права народов Кавказа”) adlı dərslik nəşr edilib.

 

Bu yaxınlarda çapdan çıxmış yeni nəşr “Qafqaz xalqlarının dövlət və hüquq tarixi” dərsliyinin üçüncü hissəsidir. Bu hissədə Osetiya və noqayların dövlət və hüquq tarixi təsvir olunur. Dərsliyin “Noqayların ictimai-siyasi və sosial-normativ sistemi” («Публичная власть и соционормативная система ногайцев») bölməsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva tərəfindən yazılıb.

 

Dərslik Hüquqşünaslıq ixtisası üzrə təhsil alan müəllimlər, tələbələr, aspirantlar, həmçinin Qafqaz və dünya xalqlarının dövlət və hüquqi inkişafını öyrənən tədqiqatçılar üçün nəzərdə tutulub.

 

Dərslikdə Qafqaz xalqlarının ən qədim dövrlərdən bugünə qədərki dövlət-hüquqi inkişaf tarixi əksini tapıb, həm öz tarixi vətənlərində, həm də xarici ölkələrdə onların tarixi taleyi izlənilib və onların digər sivilizasiyalar, xalqlar, dövlətlərlə qarşılıqlı əlaqəsi təhlil edilib.

 

Qeyd edək ki, S.Əliyeva “Ногайские тюрки” (Баку), “Азербайджан инароды Северного Кавказа” (Баку), “Тюркские народы Северного Кавказа”, ”Азербайджанцы и чеченцы: братья навеки: азербайджано-чеченские исторические связи” (Грозный), «Татары в Азербайджане” (Казань), “Азербайджанская Демократическая Республика и государственные образования Северного Кавказа (1918-1920)” (Ростов-на-Дону) və başqa monoqrafiyaların müəllifidir.