Macarıstanın paytaxtı Budapeştdə ADA Universitetinin məzunlarının birinci forumu işə başlayıb.

 

Dünyanın 16 ölkəsini təmsil edən, bu nüfuzlu ali məktəbin fəaliyyətinin müxtəlif illərində orada mükəmməl təhsil almış 95 məzunu Azərbaycanın Macarıstandakı səfirliyində bir araya gəlib.

 

Forumu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açıb. O, Azərbaycanın diplomatik nümayəndəliyinin yerləşdiyi bu tarixi binada toplaşmış məzunları salamlayıb, ADA Universitetinin rektoru, diplomat Hafiz Paşayevin məzunlara müraciətini çatdırıb.

 

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin başçısı Yanoş Xovari, Matyaş Korvinus adına Kollegiumun Diplomatiya Mərkəzinin rəhbəri Raymund Kiş, Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun böyük məsləhətçisi və böyük tədqiqatçısı Laslo Vaşa, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Diplomatik Akademiyasında fakültə dekanı Adam İmre Syuç, həmçinin Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yozef Torman (Bakıdan videorabitə vasitəsilə) forumun iştirakçılarına müraciət ediblər.

 

Türkiyənin və Gürcüstanın Macarıstandakı səfirləri, həmçinin Qazaxıstanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili tədbirdə fəxri qonaqlar qismində iştirak edirlər.

 

Forum işini davam etdirir.

 

Azərtac