Türkiyənin Qazi Universitetində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə təhsil, akademik və mədəniyyət məsələlərini əhatə edən Əməkdaşlıq protokolu və ERASMUS sazişinin imzalanma mərasimi keçirilib. 

 

Müqavilələri rektorlar professor Musa Yıldız və professor  Cəfər Cəfərov imzalayıblar. 

 

Mərasimdə Qazi Universiteti nümayəndə heyətinin üzvlərindən prorektorlar professor Yücel Gelişli və professor Fazlı Polat, rektorun məsləhətçiləri professor Fahri Temizyürek və Dr. Ahmet Bilal Dostbil, Qazi Təhsil Fakültəsinin dekanı professor Mahmut Selvi, Təhsil və Xarici Əlaqələr Qurumunun Koordinatoru professor İhsan Kalenderoğlu, Koordinator müavini Dr. Fatma Nur Fişne, Qazi TÜRKDAM-ın direktoru, professor Alev Çakmakoğlu Kuru və direktor müavini professor Bülent Aksoy, Qazi TÖMER direktor müavini, professor Mustafa Kurt, Qazi EPAR Müdiri, dosent Mahmut Çitil, Baş katib, professor Raqib Akyürek, Baş katibin müavinləri Raşit Yıldırım və Mehmet Əli Özkan iştirak ediblər.

 

ADPU nümayəndə həyətindən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, prorektorlar- dosent Eldar Aslanov və Könül Pirverdiyeva, dekan müavini Könül Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

 

Akademik əməkdaşlıq üçün bir araya gələn nümayəndə heyətləri protokol imzalanma mərasimindən əvvəl Mingəçevir Dövlət Universiteti və Karatay Universitetinin tərəfdaşlığı ilə 8 Noyabr -  Zəfər Gününün ikinci ildönümü münasibətilə təşkil olunan proqramda iştirak ediblər.

 

Sonra Qazi Universitetinin tanıtım filmi nümayiş olunub. Filmin nümayişindən sonra nümayəndə heyətlərinin görüşü baş tutub. Protokolun imzalanma mərasiminin sonunda rektorlar bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Bundan əlavə, rektor professor M.Yıldız Qazi Universitetinin meşəsalma işləri çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyətinin üzvlərinə fidan sertifikatı təqdim edib.