Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2021-2022-ci tədris ilinin əvvəlinə 104 min 678 qadın təhsil alıb.

 

Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, 2021-ci ildə bu göstərici 97 min 163, 2015-ci ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində qadınlardan 91 min 10-u dövlət, 13 min 668-i isə özəl müəssisələrdə təhsil alıb.

 

Azərtac