Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində qardaş ölkənin Başkent Universiteti ilə Əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorlar- dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Başkent Universitetinin rektor vekili İ.Haldun Müderrisoğlu, Eğitim İnstitutunun direktoru, professor Servet Özdemir, Təhsil fakültəsinin dekanı Sadegül Akbaba və professor Burhaneddin Dönmez iştirak ediblər.

 

Görüşdə Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında geniş əməkdaşlıq imkanlarından söz açılıb və gələcək əməkdaşlığın hər iki ali təhsil ocağına faydalı olacağı, təcrübə mübadiləsində önəmli rol oynayacağı vurğulanıb.

 

Daha sonra rektorlar universitetlər arasında Əməkdaşlıq müqaviləsini imzalayıb.