Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və imtahanlar üzrə meneceri Nərgiz Əkbərova Təhsilin İnkişafı Fondunun qonağı olublar.

 

Görüş zamanı Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsindən irəli gələn işlərin icra vəziyyəti, həmçinin Fond ilə Britaniya Şurasının əməkdaşlıq edə biləcəyi potensial layihələr barədə fikir mübadiləsi aparılıb.