Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Yaponiya Tələbə Təşkilatlarının xarici əlaqələr üzrə direktoru Şimboku Kenji, Okaydo Universitetinin müəllimi Yukako Tokuda, Tsukuba Universitetinin müəllimi Yuki Yamamota və səfirliyin müşaviri Ryosuke Kakiuçi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

 

Qonaqlarla görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev və şöbənin əməkdaşları iştirak ediblər.

 

Prorektor Nərgiz Abdullayeva AzMİU-nun tələbə kontingenti, fakültələri, ixtisasları, elmi naliyyətləri və beynəlxalq əlaqələri ilə bağlı qonaqlara ətraflı məlumat verib.

 

Görüşdə Yaponiya universitetləri ilə AzMİU arasında əməkdaşlıq məsələləri, tələbə mübadilə mexanizmləri, Yaponiyada tədris dilləri, təqaüd proqramları ilə bağlı geniş müzakirələr aparılıb.

 

Qərara alınıb ki, Yaponiya universitetləri ilə AzMİU arasında əməkdaşlığın qurulması və dərinləşdirilməsi üçün qarşılıqlı təmaslar davam etdirilsin.