10 ölkədən olan komandalar arasında 11 kateqoriya üzrə keçirilən SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan festivalında Azərbaycan Dövlət Pedaqoji Universiteti də (ADPU) təmsil olunub. Universitetin SABAH qruplarının “Genesis” komandası Hakaton kateqoriyası üzrə "FirstStep" adlı layihə ilə çıxış edib. Komanda III yerə layiq görülərək bürünc medalla təltif olunub.

 

Komandanın tərkibində universitetin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının V kurs tələbələri Fəridə Qasımova, Mətanət Əhmədova və IV kurs tələbəsi Gülnar Qasımzadə çıxış ediblər.

 

Bu barədə ADPU-dan  bildirilib.