Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla və universitetin bir qrup əməkdaşı Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin kollektivi və şagirdləri ilə görüşüb. 

 

Görüş iki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

 

Qonaqlar məktəblilər tərəfindən hazırlanan maraqlı rəqs nömrəsi ilə qarşılandıqdan sonra liseyin şagirdləri Zəhra İbişova və Əmirəli Eyvazlının ingiliscə təqdimatında Kompleksdə fəaliyyət göstərən STEAM mərkəzi ilə tanış olublar.

 

Görüş zamanı Kompleksin 10 və 11-ci sinif şagirdlərinin Azərbaycan dili kafedrasının rəhbəri Rövşən Adıyevin rəhbərliyi ilə hazırladığı “110 kitab” layihəsinin təqdimatı da olub.

 

Daha sonra Kompleksin pedaqoji heyəti ilə görüş keçirilib.

 

Görüşdə Kompleksin icraçı direktoru Aqşin Bağırov, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, ADU-nun rektoru Kamal Abdulla və digər qonaqlar çıxış ediblər.