Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

 

Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin  keçdiyi şərəfli həyat yolundan və milli quruculuq fəaliyyətindən danışıb. Ulu Öndərin Azərbaycan xalqının taleyində, milli birlik və dövlətçiliyin formalaşmasında, o cümlədən ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən rektor dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan danışıb. 

 

Sonra çıxış edən ADNSU-nun ictimai fənlər kafedrasının müdiri professor Camal Mustafayev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Heydər Əliyevin əsl lider kimi yaddaşlarda daim yaşayacağını, onun həyatının və vətənə bağlılığının gənc nəsilə hər zaman örnək olduğunu bildirib.