2-12 dekabr tarixlərində Kolumbiyanın Boqota şəhərində Yeniyetmələrin 19-cu Beynəlxalq Elm Olimpiadası (IJSO 2022) keçirilib. 

 

Olimpiada qapalı test, nəzəri və laboratoriya mərhələlərindən ibarət olub. 

 

Sözügedən olimpiadada ölkəmizi təmsil edən komandanın bütün üzvləri uğurlu nəticə göstəriblər. Komandamız 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Belə ki, komandanın üzvlərindən İbrahim Valehli (Kaspi liseyi) və Sadiq Manafov (TDV Bakı Türk liseyi) gümüş medal qazanıb. Digər üzvlər – Selcan Şəfizadə (Fizika, riyaziyyat və informatika təmayüllü lisey), Aydan Qəmbərova (Kimya, biologiya təmayüllü respublika liseyi), Murad Xəlilzadə (Kimya, biologiya təmayüllü respublika liseyi) və Rəsul Ağakişiyev (Kimya, biologiya təmayüllü respublika liseyi) bürünc medala layiq görülüblər. 

 

Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!