Amerikalı sosioloq Klodin Qey Harvard Universitetinə (Massaçusets ştatı, ABŞ) rəhbərlik edən ilk qaradərili qadın olacaq.

 

Bu barədə məlumat ali məktəbin saytında yer alıb. Nyu-Yorkda, Haiti immiqrantlarından olan ailədə dünyaya göz açmış Klodin Qey 2023-cü il iyulun 1-dən Harvard Universitetinin 30-cu prezidenti kimi vəzifəsinə başlayacaq. O, 2018-ci ildən Harvardın rəhbəri olan Lourens Bekounu əvəz edərək, Amerikanın ən nüfuzlu universitetlərindən birinin ilk qaradərili prezidenti olacaq. Klodin Qey 2007-2018-ci illərdə universitetə rəhbərlik etmiş Dryu Faustdan sonra bu vəzifəni tutan ikinci qadın olacaq.

 

Azərtac