Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyəti ölkəmizə səfər çərçivəsində T. İsmayılov adına 6 nömrəli məktəb-liseyi ziyarət edib. Ziyarət zamanı qonaqlar  müəssisənin rəhbərliyi ilə görüşüb, STEAM sinifləri ilə tanış olub, məktəb şagirdlərinin hazırladığı konsert proqramını izləyib. 


Daha sonra nümayəndə heyəti ADA Universitetində olub. Qonaqlara universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı və tələbələr üçün yaradılan şərait haqqında məlumat verilib. 


Dekabrın 18-də nümayəndə heyətinin səfəri başa çatıb.